9 may 2026. Şənbə

"Roy Hodgson inanılmaz məşqçidir"

"Çelsi"nin baş məşqçisi Maurisio Poçettino İngiltərə Premyer Liqasının 24-cü turunun oyunu öncəsi "Kristal Pelas" haqda danışıb.


"Roy Hodgson inanılmaz məşqçidir"

"Çelsi"nin baş məşqçisi Maurisio Poçettino İngiltərə Premyer Liqasının 24-cü turunun oyunu öncəsi "Kristal Pelas" haqda danışıb.

90deqiqe.az xəbər verir ki, təcrübəli çalışdırıcı bu görüşün çətin olacağını bildirib.

“Roy Hodgson mənim dostumdur, mən ona heyranam və o, inanılmaz məşqçidir. O, həqiqətən yaxşı işləyir və əlbəttə ki, futbolda indi ardıcıl bir və ya iki oyunda məğlub olanda həmişə təzyiq olur. Amma onun "Pelas" ilə uğur qazanacağına şübhəm yoxdur. Ümid edirəm oyunumuzdan sonra.Amma bizim üçün çətin olacaq, çünki həmişə olduğu kimi, zədədən əziyyət çəkən bir neçə futbolçumuz var. Əlbəttə, onlar iki çox yaxşı oyunçunu (Ebereçi Eze və Maykl Olise. - Çempionatdan qeyd) itirdilər, amma düşünürəm ki, onların bu vəziyyətin öhdəsindən gələ biləcək komandası var”, - deyə Poçettino “Çelsi”nin rəsmi saytı sitat gətirib”.

Qeyd edək ki, qarşılaşma fevralın 12-də, Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.







İngiltərə P.L.

“Onunla işləmək böyük zövqdür”
  • İngiltərə P.L.
  • 23:33 08.05.2026
“Onunla işləmək böyük zövqdür”
“Belə futbolçunu tapmaq çətindir”
  • İngiltərə P.L.
  • 23:28 08.05.2026
“Belə futbolçunu tapmaq çətindir”
Qvardiola ayın ən yaxşı məşqçisi seçildi
  • İngiltərə P.L.
  • 22:13 08.05.2026
Qvardiola ayın ən yaxşı məşqçisi seçildi