15 iyul 2026. Çərşənbə

Ardıcıl 5-ci matçında qol vurdu


Ardıcıl 5-ci matçında qol vurdu

"Mançester Yunayted"in hücumçusu Rasmus Hoylund İngiltərə Premyer Liqasının 24-cü turunun hazırda baş tutan "Aston Villa" ilə matçında (1:0) qol vurub.

90deqiqe.Az xəbər verir ki, beləliklə, danimarkalı forvard ardıcıl 5-ci matçında da qol vurmağı bacarıb.

Hücumçu daha əvvəl "Aston Villa" ilə 19-cu turda (3:2), 21-ci turda "Tottenhem"lə (2:2) qol vurub, burada da məhsuldar ötürmə edib, "Vulverhempton"la 22-ci tur oyununda (4:3), burada o, həmçinin 23-cü turun “Vest Hem”lə matçında (3:0) assist edib. Rasmus xəstəlik səbəbindən Premyer Liqanın 20-ci turunda iştirak etməmişdi.

Bu mövsüm 21 yaşlı forvard "Mançester Yunayted"in heyətində bütün turnirlərdə 28 oyun keçirib, 10 qol vurub və 2 məhsuldar ötürmə edib. Eyni zamanda, Transfermarkt internet portalının məlumatına görə, oyunçunun bazar dəyəri 65 milyon avrodur.







İngiltərə P.L.

"Bu, mənim üçün ciddi sınaqdır"
  • İngiltərə P.L.
  • 23:27 13.07.2026
"Bu, mənim üçün ciddi sınaqdır"
Maykl Edvards yenidən "Liverpul"dan getdi
  • İngiltərə P.L.
  • 19:13 11.07.2026
Maykl Edvards yenidən "Liverpul"dan getdi
Xabi Alonso "Çelsi"də ilk məşqini keçirdi
  • İngiltərə P.L.
  • 23:38 09.07.2026
Xabi Alonso "Çelsi"də ilk məşqini keçirdi
"Xabi Alonso bu futbolçuya güvənsin"
  • İngiltərə P.L.
  • 22:40 09.07.2026
"Xabi Alonso bu futbolçuya güvənsin"