15 iyul 2026. Çərşənbə

Sabiq komandasına qol vurdu, sevinmədi - FOTO


Sabiq komandasına qol vurdu, sevinmədi - FOTO

"Arsenal"ın yarımmüdafiəçisi Deklan Rays Premyer Liqada növbəti qulunu vurub.

90deqiqe.Az xəbər verir ki,  25 yaşlı futbolçu 24-cü turda "Vest Hem"lə oyunda fərqlənib. O, 65-ci dəqiqədə komandasının altıncı qolunu vurub. Rays sabiq komandasına vurduğu baxımlı qoldan sonra sevinməyib.

Görüş "Arsenal"ın 6:0 hesablı qələbəsi ilə yekunlaşıb.

 "Topçular" bu nəticədən sonra 52 xalla üçüncü, "Vest Hem" isə 36 xalla səkkizincidir.

Qeyd edək ki, Rays 2017-2023-cü illərdə "Vest Hem"də çıxış edib. İngilis futbolçu 2023-cü ilin yayında londonlulara 116 milyon avro qarşılığında keçib. Rays bu mövsüm komandanın heyətində 33 matçda iştirak edib, 4 qol vurub və 5 məhsuldar ötürmə edib, 4 dəfə isə sarı vərəqə ilə cəzalandırılıb.







İngiltərə P.L.

"Bu, mənim üçün ciddi sınaqdır"
  • İngiltərə P.L.
  • 23:27 13.07.2026
"Bu, mənim üçün ciddi sınaqdır"
Maykl Edvards yenidən "Liverpul"dan getdi
  • İngiltərə P.L.
  • 19:13 11.07.2026
Maykl Edvards yenidən "Liverpul"dan getdi
Xabi Alonso "Çelsi"də ilk məşqini keçirdi
  • İngiltərə P.L.
  • 23:38 09.07.2026
Xabi Alonso "Çelsi"də ilk məşqini keçirdi
"Xabi Alonso bu futbolçuya güvənsin"
  • İngiltərə P.L.
  • 22:40 09.07.2026
"Xabi Alonso bu futbolçuya güvənsin"