9 may 2026. Şənbə

"Əla oyunçudur, amma..." - Ferdinand

"Mançester Yunayted"in sabiq müdafiəçisi Rio Ferdinand "Arsenal"ın futbolçusu Bukayo Saka ilə bağlı fikirlərini bölüşüb.


"Əla oyunçudur, amma..." - Ferdinand

"Mançester Yunayted"in sabiq müdafiəçisi Rio Ferdinand "Arsenal"ın futbolçusu Bukayo Saka ilə bağlı fikirlərini bölüşüb.

90deqiqe.Az xəbər verir ki, 45 yaşlı veteran futbolçu, 22 yaşlı cinah oyunçusunu yüksək səviyyəli oyunçu adlandırmaq tez olduğunu bildirib.

"Hələ yox. Baxın, Bukayo bu mövsüm əla mövsüm keçirir, çox oynayır və s, amma bu, top oyunçu sayılmaq üçün kifayətdirmi? Saka əla oyunçudur, səhv başa düşməyin. Amma indiyə qədər o, yüksək səviyyəli futbolçu deyil”, – deyə Daily Mail Ferdinanddan sitat gətirir.

Bu mövsüm 22 yaşlı Bukayo Saka bütün turnirlərdə 31 oyun keçirib, 13 qol vurub və 13 məhsuldar ötürmə edib. İngilis futbolçunun "Arsenal"la hazırkı müqaviləsi 2027-ci ilin iyun ayının sonuna qədərdir. Nüfuzlu Transfermarkt onlayn portalı Bukayonun bazar dəyərini 120 milyon avro qiymətləndirir.







İngiltərə P.L.

“Onunla işləmək böyük zövqdür”
  • İngiltərə P.L.
  • 23:33 08.05.2026
“Onunla işləmək böyük zövqdür”
“Belə futbolçunu tapmaq çətindir”
  • İngiltərə P.L.
  • 23:28 08.05.2026
“Belə futbolçunu tapmaq çətindir”
Qvardiola ayın ən yaxşı məşqçisi seçildi
  • İngiltərə P.L.
  • 22:13 08.05.2026
Qvardiola ayın ən yaxşı məşqçisi seçildi