14 iyul 2026. Çərşənbə axşamı

Çex dünyanın ən yaxşı qapıçısının adını açıqlayıb


Çex dünyanın ən yaxşı qapıçısının adını açıqlayıb

"Çelsi"nin keçmiş qapıçısı və texniki direktor Petr Çex "Liverpul"un qolkiperi Alisonun hazırda dünyanın ən yaxşı qapıçısı olduğunu açıqlayıb.

90deqiqe.Az xəbər verir ki, 41 yaşlı veteran qolkiper braziliyalının hazırda ən yaxşı qapıçı olduğunu bildiri.

“Ən yaxşı qapıçı? Düşünürəm ki, Alison, Ederson və Kurtua bu titul uğrunda mübarizə apara bilər. Hansı? Mən seçərdim... Yaxşı, Tibo bu mövsüm zədələndi, ona görə də Alison deyəcəm”, – jurnalist Dave Okkop öz saytında Çexdən sitat gətirir.

31 yaşlı Alison 2018-ci ildən "Liverpul"da çıxış edir. “Qırmızılar”la birlikdə braziliyalı qolkiper Çempionlar Liqası, İngiltərə çempionatı, ölkə kuboku, Liqa kuboku və FIFA klublararası dünya çempionatının qalibi olub. Alisonun Mersisayd klubu ilə hazırkı müqaviləsi 2027-ci ilin yayına kimi nəzərdə tutulub. Nüfuzlu Transfermarkt onlayn portalı braziliyalının bazar dəyərini 32 milyon avro olaraq qiymətləndirir.







İngiltərə P.L.

"Bu, mənim üçün ciddi sınaqdır"
  • İngiltərə P.L.
  • 23:27 13.07.2026
"Bu, mənim üçün ciddi sınaqdır"
Maykl Edvards yenidən "Liverpul"dan getdi
  • İngiltərə P.L.
  • 19:13 11.07.2026
Maykl Edvards yenidən "Liverpul"dan getdi
Xabi Alonso "Çelsi"də ilk məşqini keçirdi
  • İngiltərə P.L.
  • 23:38 09.07.2026
Xabi Alonso "Çelsi"də ilk məşqini keçirdi
"Xabi Alonso bu futbolçuya güvənsin"
  • İngiltərə P.L.
  • 22:40 09.07.2026
"Xabi Alonso bu futbolçuya güvənsin"
"Xabi Alonso "Çelsi"də uğur qazanacaq"
  • İngiltərə P.L.
  • 22:38 08.07.2026
"Xabi Alonso "Çelsi"də uğur qazanacaq"