14 iyul 2026. Çərşənbə axşamı

"Poçettino bizə inanır, biz də özümüzə inanırıq"

"Çelsi"nin yarımmüdafiəçisi Koul Palmer komandanın baş məşqçisi Maurisio Poçettino haqda danışıb.


"Poçettino bizə inanır, biz də özümüzə inanırıq"

"Çelsi"nin yarımmüdafiəçisi Koul Palmer komandanın baş məşqçisi Maurisio Poçettino haqda danışıb.

90deqiqe.Az-ın məlumatına görə, ingilis yarımmüdafiəçi, argentinalı mütəxəssisin komandanın futbolçularına hərtərəfli dəstək verdiyini bildirib.

"Çelsi"yə ilk qatılanda məni qucaqladı və yaxşı oynamaq üçün mənə sərbəstlik və inam verdi. Rəhbər bizə inanır, biz də özümüzə inanırıq. Bir şey səhv olanda komandanın ətrafında həmişə söz-söhbətlər olacaq, amma biz buna məhəl qoymamalı və özümüzə fokuslanmağa çalışmalıyıq”, - Palmer “Çelsi”nin rəsmi saytından sitat gətirib.

Koul ötən yay "Çelsi"yə keçib. Bu mövsüm 21 yaşlı Palmer bütün yarışlarda 31 oyun keçirib, 14 qol vurub və 9 məhsuldar ötürmə edib. Nüfuzlu “Transfermarkt” internet portalı ingilis yarımmüdafiəçinin bazar dəyərini 45 milyon avro qiymətləndirir.







İngiltərə P.L.

"Bu, mənim üçün ciddi sınaqdır"
  • İngiltərə P.L.
  • 23:27 13.07.2026
"Bu, mənim üçün ciddi sınaqdır"
Maykl Edvards yenidən "Liverpul"dan getdi
  • İngiltərə P.L.
  • 19:13 11.07.2026
Maykl Edvards yenidən "Liverpul"dan getdi
Xabi Alonso "Çelsi"də ilk məşqini keçirdi
  • İngiltərə P.L.
  • 23:38 09.07.2026
Xabi Alonso "Çelsi"də ilk məşqini keçirdi
"Xabi Alonso bu futbolçuya güvənsin"
  • İngiltərə P.L.
  • 22:40 09.07.2026
"Xabi Alonso bu futbolçuya güvənsin"
"Xabi Alonso "Çelsi"də uğur qazanacaq"
  • İngiltərə P.L.
  • 22:38 08.07.2026
"Xabi Alonso "Çelsi"də uğur qazanacaq"