- İngiltərə P.L.
- 23:59 19.12.2025
"Liverpul"un keçmiş hücumçusu Luis Suares Mersisayd klubunda keçirdiyi vaxtlarla bağlı xatirələrini bölüşüb.
90deqiqe.Az xəbər verir ki, uruqvaylı futbolçu həmin dövrdə "Liverpul"da heç kimin oynamaq istəmədiyini bildirib.
“Heç kim “Liverpul”da oynamaq istəmirdi. Koutinyonu "İnter"dən icarəyə götürdük, sonra onu aldıq. Sturrici də icarəyə götürdük və bu ikisi komandaya təsir etdi, amma heç kim bizim üçün oynamaq istəmirdi. Və sonra məni satanda, “Liverpul” bir az pul almağa başladı, Çempionlar Liqasına vəsiqə qazandı və birdən hamı “Liverpul”a getmək istədi.
Eyni zamanda, orada keçirdiyim vaxt heyrətamiz idi, çünki komandamızın çoxlu ulduzları yox idi, amma biz Premyer Liqanı qazandıq”, – jurnalist Dave Okkop öz saytında Suaresdən sitat gətirir.
Xatırladaq ki, uruqvaylı futbolçu 2011-2014-cü illərdə “qırmızı-qaralar”da çıxış edib, daha sonra “Barselona”ya keçib.