20 dekabr 2025. Şənbə

Dioqo Jota ötən ayın ən yaxşı oyunçusu seçilib


Dioqo Jota ötən ayın ən yaxşı oyunçusu seçilib

İngiltərə Premyer Liqasında yanvar ayının ən yaxşı oyunçusu bəlli olub.

90deqiqe.Az xəbər verir ki, bu "Liverpul"un portuqaliyalı hücumçusu Dioqo Jotadır.

Yanvarda Premyer Liqanın üç oyununda 27 yaşlı forvard üç qol vurub və iki məhsuldar ötürmə edib, "Liverpul"a üç qələbə qazandırıb - Nyukasl, Bornmut və Çelsi üzərində. Bu mövsüm Premyer Liqanın 24 turundan sonra mersisaydlılar növbəti pillədə qərarlaşan "Mançester Siti"ni iki xal qabaqlayaraq turnir cədvəlində birinci yerdədirlər. Eyni zamanda, “vətəndaşların” əlində bir oyun var.

Daxili çempionatın növbəti oyununda Yurgen Kloppun yetirmələri səfərdə “Brentford”la qarşılaşacaq. Oyun bu şənbə, fevralın 17-də baş tutacaq. Jota 2020-ci ildən "Liverpul"da çıxış edir. Hücumçu karyerasının əvvəlində "Vulverhempton"un şərəfini qoruyub.







İngiltərə P.L.

"Haverts tezliklə komandaya qayıda bilər"
  • İngiltərə P.L.
  • 22:59 19.12.2025
"Haverts tezliklə komandaya qayıda bilər"
Saka "Arsenal" tarixində rekorda imza atacaq
  • İngiltərə P.L.
  • 22:31 19.12.2025
Saka "Arsenal" tarixində rekorda imza atacaq