2 fevral 2026. Bazar ertəsi

"Çelsi" ilə oyuna ciddi itkilərlə çıxacaqlar


"Çelsi" ilə oyuna ciddi itkilərlə çıxacaqlar

"Mançester Siti"nin baş məşqçisi Pep Qvardiola İngiltərə Premyer Liqasının 25-ci turunun "Çelsi" ilə baş tutacaq oyunu öncəsi komandanın zədəli futbolçularının durumu haqda danışıb.

90deqiqe.Az xəbər verir ki, ispan çalışdırıcı bir neçə futbolçunun istifadəsindən yararlana bilməcəyini bildirib.

“Düşünürəm ki, Cek sabaha hazır olmayacaq. Bugünkü məşqdə Bernardonun vəziyyətini qiymətləndirəcəyik. Kovaçiç də Serxio Qomez kimi yenidən məşq edir. Qalan hər şeyi sonra görəcəyik”, - Qvardiola X sosial şəbəkəsində (keçmiş Twitter) rəsmi Mançester Siti hesabından sitat gətirir.

Xatırladaq ki, “Mançester Siti” “Çelsi” ilə“Etihad” stadionunda qarşılaşacaq. Saat 20:30-da hakimin start fiti səslənəcək.

Premyer Liqanın 23 turundan sonra “şəhərlilər” 52 xal toplayaraq ikinci pillədə qərarlaşıb. İngiltərə çempionatında 24 oyundan sonra "Çelsi" 34 xal toplayıb və 10-cu yerdədir.







İngiltərə P.L.

Semenyo Adebayorun nailiyyətini təkrarladı
  • İngiltərə P.L.
  • 22:02 01.02.2026
Semenyo Adebayorun nailiyyətini təkrarladı
“Mançester Yunayted”dən çətin qələbə
  • İngiltərə P.L.
  • 20:07 01.02.2026
“Mançester Yunayted”dən çətin qələbə
“Heç vaxt onun səviyyəsində olmaram”
  • İngiltərə P.L.
  • 16:18 01.02.2026
“Heç vaxt onun səviyyəsində olmaram”
Salah Runiyə məxsus rekordu yenilədi
  • İngiltərə P.L.
  • 15:31 01.02.2026
Salah Runiyə məxsus rekordu yenilədi
“Liverpul” evdə “Nyukasl"ı məğlub etdi
  • İngiltərə P.L.
  • 02:04 01.02.2026
“Liverpul” evdə “Nyukasl"ı məğlub etdi
 “Çelsi”dən çətin qələbə
  • İngiltərə P.L.
  • 23:36 31.01.2026
“Çelsi”dən çətin qələbə