9 may 2026. Şənbə

Martinez Olimpya Oyunlarında oynamaq istəyir

"Aston Villa"nın qapıçısı Emiliano Martinez 2024-cü ildə Parisdə keçiriləcək Olimpiya Oyunlarında çıxış etmək istəyir.


Martinez Olimpya Oyunlarında oynamaq istəyir

"Aston Villa"nın qapıçısı Emiliano Martinez 2024-cü ildə Parisdə keçiriləcək Olimpiya Oyunlarında çıxış etmək istəyir.

90deqiqe.Az xəbər verir ki, 31 yaşlı dünya çempionu Argentina yığması ilə Olimpiyadanın qalibi olmaq istədiyini bildirib.

“Milli komanda ilə bağlı darıxdığım bir şey varsa, o da Olimpiyadanın qalibi olmaqdır.Millidə gələcəyə gəlincə, yerimi gənclərə verməyə hazıram. Onların hər zaman imkanlara ehtiyacı var. Amerika Kubokunda yaxşı çıxış edib qalib gəlsək, yeni gələnlərə şans verməliyik”, - Emiliano bildirib.

Qeyd edək ki, Parisdə keçiriləcək Yay Olimpiya Oyunları bu ilin 26 iyul - 11 avqust tarixlərində keçiriləcək. Futbol yarışlarında olimpiya yığması gənclərdən ibarət oyunçuları əsasında qurulsa da, 23 yaşdan yuxarı üç futbolçunu da siyahıya əlavə etmək olar.

Əlavə edək ki, argentinalı oyunçu bu mövsüm "Aston Villa"nın heyətində bütür turnirlər daxil olmaqla 31 oyuna çıxıb, qapısından 39 top buraxıb və 10 top da qapısını toxunulmaz saxlamağı bacarıb.  Onun Premyer Liqa komandası ilə hazırkə əmək müqaviləsi 2027-ci ilin yayına qədər nəzərdə tutulub.Transfermarkt internet portalına görə futbolçunun təxmini dəyəri 28 milyon avrodur. 







İngiltərə P.L.

“Onunla işləmək böyük zövqdür”
  • İngiltərə P.L.
  • 23:33 08.05.2026
“Onunla işləmək böyük zövqdür”
“Belə futbolçunu tapmaq çətindir”
  • İngiltərə P.L.
  • 23:28 08.05.2026
“Belə futbolçunu tapmaq çətindir”
Qvardiola ayın ən yaxşı məşqçisi seçildi
  • İngiltərə P.L.
  • 22:13 08.05.2026
Qvardiola ayın ən yaxşı məşqçisi seçildi