14 iyul 2026. Çərşənbə axşamı

"Liverpul"un oyunçusu və kapitanı olmaqdan qürur duyuram"

"Liverpul"un müdafiəçisi Vircil van Deyk Mersisayd klubunda oynamaqdan və Yurgen Kloppun komandasının kapitanı olmaqdan qürur duyduğunu etiraf edib.

90deqiqe.Az-ın məlumatına görə, niderlandlı oyunçu bu komandada oynamaqdan həzz aldığını bildirib.

“Mən "Liverpul"un oyunçusu, kapitanı olmaqdan, klubun tarixinin bir parçası olmaqdan qürur duyuram. Bu sadəcə heyrətamizdir və mən hər gün bundan həzz alıram. Kiçik olanda Premyer Liqada oynamaq və sevdiyim işlə məşğul olmaq arzusunda idim. Dediyim kimi, bu, heyrətamizdir və hətta bundan da artıqdır”

Xatırladaq ki, Vircil van Deyk 2018-ci ilin yanvarından “Liverpul”da çıxış edir. Mersisayd klubunun tərkibində hollandiyalı müdafiəçi Premyer Liqa, Çempionlar Liqası, İngiltərə Kuboku, Liqa Kuboku və FIFA Klublararası Dünya Çempionatının qalibi olub.

İngiltərə P.L.

"Bu, mənim üçün ciddi sınaqdır"
  • İngiltərə P.L.
  • 23:27 13.07.2026
"Bu, mənim üçün ciddi sınaqdır"
Maykl Edvards yenidən "Liverpul"dan getdi
  • İngiltərə P.L.
  • 19:13 11.07.2026
Maykl Edvards yenidən "Liverpul"dan getdi
Xabi Alonso "Çelsi"də ilk məşqini keçirdi
  • İngiltərə P.L.
  • 23:38 09.07.2026
Xabi Alonso "Çelsi"də ilk məşqini keçirdi
"Xabi Alonso bu futbolçuya güvənsin"
  • İngiltərə P.L.
  • 22:40 09.07.2026
"Xabi Alonso bu futbolçuya güvənsin"
"Xabi Alonso "Çelsi"də uğur qazanacaq"
  • İngiltərə P.L.
  • 22:38 08.07.2026
"Xabi Alonso "Çelsi"də uğur qazanacaq"