14 iyul 2026. Çərşənbə axşamı

"Liverpul" Salahı itirdi


"Liverpul" Salahı itirdi

"Liverpul"un vingeri Məhəmməd Salah bud nahiyəsindən aldığı zədəni yeniləyib.

90deqiqe.Az xəbər verir ki, 31 yaşlı forvard bu səbəbdən İngiltərə çempionatının 26-cı turunun “Luton Taun”la “Enfild” stadionunda keçiriləcək oyunu buraxacaq.

Misirli futbolçunun son çıxışı Afrika Millətlər Kubokunda aldığı zədə səbəbindən idi. Sağalma dövrü yanvarın 19-dan fevralın 13-dək olub. Bildirilir ki, cinah oyunçusu “Liverpul”un “Çelsi” ilə qarşılaşacağı İngiltərə Liqa Kubokunun finalını buraxma ehtimalı var. Bu oyun bazar günü, fevralın 25-də baş tutacaq.

Bu mövsüm Salah 28 oyun keçirib, 19 qol vurub və 10 məhsuldar ötürmə edib.

25 turdan sonra Premyer Liqaya 57 xalla "Liverpul" başçılıq edir. “Arsenal” ikinci yerdədir (55 xal).







İngiltərə P.L.

"Bu, mənim üçün ciddi sınaqdır"
  • İngiltərə P.L.
  • 23:27 13.07.2026
"Bu, mənim üçün ciddi sınaqdır"
Maykl Edvards yenidən "Liverpul"dan getdi
  • İngiltərə P.L.
  • 19:13 11.07.2026
Maykl Edvards yenidən "Liverpul"dan getdi
Xabi Alonso "Çelsi"də ilk məşqini keçirdi
  • İngiltərə P.L.
  • 23:38 09.07.2026
Xabi Alonso "Çelsi"də ilk məşqini keçirdi
"Xabi Alonso bu futbolçuya güvənsin"
  • İngiltərə P.L.
  • 22:40 09.07.2026
"Xabi Alonso bu futbolçuya güvənsin"
"Xabi Alonso "Çelsi"də uğur qazanacaq"
  • İngiltərə P.L.
  • 22:38 08.07.2026
"Xabi Alonso "Çelsi"də uğur qazanacaq"