14 iyul 2026. Çərşənbə axşamı

"Cerrard "Aston Villa"da işləmək üçün səhv vaxtı seçmişdi"


"Cerrard "Aston Villa"da işləmək üçün səhv vaxtı seçmişdi"

"Selta"nın baş məşqçisi Rafael Benites onun rəhbərliyi altında "Liverpul"da çıxış edən hazırda "Əl-İttifaq" klubunu çalışdıran baş məşqçi Stiven Cerrard haqda danışıb.

90deqiqe.Az xəbər verir ki, 63 yaşlı çalışdırcı Cerrardın İngiltərədə çalışmasının yaxşı olmamasının düzgün vaxta gəlmədiyi üçün olduğunu bildirib.

“Çox vaxt yol seçimi sizinmalik olduğunuz imkanlardan asılıdır. Stiven "Reyncers"də çox yaxşı çıxış etdi. "Aston Villa"ya rəhbərlik etmək qərarı düzgün ola bilərdi, lakin vaxt səhv idi. Bəlkə də bəxtsizlik oldu, amma Səudiyyə Ərəbistanı variantı ortaya çıxanda o, bunu qəbul etdi. O gözləsəydi, hər şey başqa cür olardımı? Bu cür qərarların verilmə vaxtı, tələsik olub-olmamağınızdan asılı olmayaraq, bizdən asılı olmayan bir çox amillərdən asılıdır”, – Benitesin “The Athletic” nəşri sitat gətirib.

Stiven Cerrard məşqçilik karyerasına 2018-ci ildə "Liverpul"un gənclər komandasına rəhbərlik edərək başlayıb. İngilis mütəxəssis "Aston Villa"dan ayrıldıqdan 8 ay sonra, ötən ilin yayında Səudiyyə Ərəbistanının "Əl-İttifaq" klubuna keçib.







İngiltərə P.L.

"Bu, mənim üçün ciddi sınaqdır"
  • İngiltərə P.L.
  • 23:27 13.07.2026
"Bu, mənim üçün ciddi sınaqdır"
Maykl Edvards yenidən "Liverpul"dan getdi
  • İngiltərə P.L.
  • 19:13 11.07.2026
Maykl Edvards yenidən "Liverpul"dan getdi
Xabi Alonso "Çelsi"də ilk məşqini keçirdi
  • İngiltərə P.L.
  • 23:38 09.07.2026
Xabi Alonso "Çelsi"də ilk məşqini keçirdi
"Xabi Alonso bu futbolçuya güvənsin"
  • İngiltərə P.L.
  • 22:40 09.07.2026
"Xabi Alonso bu futbolçuya güvənsin"
"Xabi Alonso "Çelsi"də uğur qazanacaq"
  • İngiltərə P.L.
  • 22:38 08.07.2026
"Xabi Alonso "Çelsi"də uğur qazanacaq"