- İngiltərə P.L.
- 22:44 01.02.2026
"Liverpul"un baş məşqçisi Yurgen Kloppun agenti Mark Kosike müştərisinin gələcəyi ilə bağlı sualı cavablandırıb.
90deqiqe.Az xəbər verir ki, o, alman çalışdırıcının bir il istirah edəcəyini bildirib.
"Yurgen Klopp cari mövsüm bitdikdən sonra bir il ərzində heç bir klub və ya milli komandanı çalışdırmayacaq. Onun qərarı dəyişməz olaraq qalır”, - agent Sky Sport DE-də bildirib.
Daha əvvəl Kloppun xidmətində "Bavariya" və "Barselona"nın maraqlı olduğu bildirilirdi.
Xatırladaq ki, Klopp daha əvvəl cari mövsümün sonunda "Liverpul"dan ayrılacağını açıqlamışdı
25 turdan sonra İngiltərə Premyer Liqasının turnir cədvəlinə 57 xalla "Liverpul" başçılıq edir. Fevralın 21-də mersisaydlılar doğma meydanda "Luton Taun"u qəbul edəcək. Qarşılaşmanın Moskva vaxtı ilə saat 22:30-da başlaması nəzərdə tutulub.