- İngiltərə P.L.
- 02:32 23.03.2026
İngiltərə Premyer Liqasında 26-cı tura start verilib. Turun açılış matçında “Liverpul” doğma meydanda “Luton Toun”la qarşılaşıb.
90deqiqe.az xəbər verir ki, "Enfild Road”da baş tutan matç meydan sahiblərinin sürətli hücumları ilə start götürsə də, oyunda hesabı qonaqlar açıblar. 12-ci dəqiqədə Çidozi Oqbene adını tabloya yazdırıb. Bu ilk hissədə azarkeşlərin izlədiyi yeganə qol olub və tərəflər fasiləyə "Luton"un minimal üstünlüyü ilə yollanıblar. İkinci hissəyə daha dan istəkli başlayan “mersisaydlılar” 56-cı dəqiqədə istəklərinə çatıblar. "Qırmızılar"ın heyətində qolları Vircil Van Dayk Aleksis Mak Allisterin kornerdən ötürdüyü topa başla dəqiq zərbə endirib. Cəmi 2 dəqiqə sonra argentinalı dünya çempionu Mak Allister yenidən assistent rolununda çıxış edib. O, bu dəfə Kodi Qakponun fərqlənməyinə müəssər olub. Bununla da kifayətlənməyən 71-ci dəqiqədə fərqi 2-ə yüksəldib. Luis Dias fərdi keyfiyyətlərini işə salıb və baxımlı qola imza atıb. Oyunda son qol isə 90-cı dəqiqəyə təsadüf edib. Harvi Elliott son nöqtəni qoyub. “Liverpul” 4. “Luton Toun” 1.
Xallarının sayını 60-a çatdıran Yurgen Kloopun yetirmələri çempionatda liderdir. “Mançester Siti” 56 xalla 2-ci, ondan 1 xal geri qalan “Arsenal” isə 3-cüdür. İlk 4-lüyü 49 xalla “Aston Villa” qapayır.