8 noyabr 2026. Bazar günü

Klopp zədəli futbolçularının son vəziyyətini açıqladı

"Liverpul"un baş məşqçisi Yurgen Klopp komandasının zədəli futbolçularının vəziyyəti ilə bağlı açıqlama verib.


Klopp zədəli futbolçularının son vəziyyətini açıqladı

"Liverpul"un baş məşqçisi Yurgen Klopp komandasının zədəli futbolçularının vəziyyəti ilə bağlı açıqlama verib.

90deqiqe.Az xəbər verir ki, alman çalışdırıcı "qırmızılar"ın düşdüyü vəziyyətinin çətin olduğunu bildirib.

“Xəbər yoxdur. Vəziyyət çox da yaxşı deyil, amma qarşıda bizi çox vacib matçlar gözləyir. . Bilmirəm necə olacaq, nə olacaq, biz gündən-günə irəliləyirik. Ancaq "Brentford"dan sonra da vəziyyətin indiki kimi olacağını bilmirdim. Baxarıq. Bircə onu deyə bilərəm ki, nə qədər ki, 11 futbolçumuz var, çalışacağıq. Söz verə biləcəyim tək şey budur”, - “Liverpul”un rəsmi saytı Kloppdan sitat gətirir.

Xatırladaq ki, fevralın 25-də “Uembli”də “Liverpul” İngiltərə Liqa Kubokunun finalında “Çelsi” ilə qarşılaşacaq. Ötən gün mersisaydlılar İngiltərə Premyer Liqasının 26-cı turunun matçında "Luton"a qalib gəlib (4:1).







İngiltərə P.L.

“Lids” evdə “Tottenhem”ə qalib gəldi
  • İngiltərə P.L.
  • 19:16 07.11.2026
“Lids” evdə “Tottenhem”ə qalib gəldi
“Hələ çox şey öyrənməliyəm”
  • İngiltərə P.L.
  • 23:53 06.11.2026
“Hələ çox şey öyrənməliyəm”