9 may 2026. Şənbə

"Tuxel "Liverpul"un ehtiyac duyduğu menecer deyil"


"Tuxel "Liverpul"un ehtiyac duyduğu menecer deyil"

"Liverpul"un keçmiş yarımmüdafiəçisi Denni Merfi "Bavariya"nın baş məşqçisi Tomas Tuxeli mövsümün sonunda tərk edəcək "qırmızılar"ın baş məşqçisi Yurgen Kloppun yerinə uyğun namizəd hesab etmir.

90deqiqe.Az xəbər verir ki, 46 yaşlı veteran futbolçu, alman çalışdırıcının Mersisayd klubunun ehtiyac duyduğu məşqçi olmadığını bildirib.

"Xeyr. O, onlara yaraşmır. O, çox qarşıdurmalıdır.Tuxel "Liverpul"un ehtiyac duyduğu menecer deyil. Bu, mənim fikrimdir," Mirror Mörfidən sitat gətirir.

Xatırladaq ki, daha əvvəl Tuxelin İngiltərədə işləmək istədiyi barədə məlumat yayılmışdı. Tomas ötən ilin mart ayından "Bavariya"nın sükanı arxasına keçib. Daha sonra alman mütəxəssis bu postda gözlənilmədən həmyerlisi Yulian Naqelsmanı əvəzləyib. Tuxel 2022/2023 mövsümündə Münhen ilə Bundesliqanın qalibi olub. Almaniya Bundesliqasının 22 turundan sonra "Bavariya" 50 xal toplayıb və ikinci pillədə qərarlaşıb. Münhen komandası ilə lider Bayer arasındakı fərq 8 xaldır.







İngiltərə P.L.

“Onunla işləmək böyük zövqdür”
  • İngiltərə P.L.
  • 23:33 08.05.2026
“Onunla işləmək böyük zövqdür”
“Belə futbolçunu tapmaq çətindir”
  • İngiltərə P.L.
  • 23:28 08.05.2026
“Belə futbolçunu tapmaq çətindir”
Qvardiola ayın ən yaxşı məşqçisi seçildi
  • İngiltərə P.L.
  • 22:13 08.05.2026
Qvardiola ayın ən yaxşı məşqçisi seçildi