18 oktyabr 2024. Cümə

Con Terridən gənc oyunçulara tövsiyyə


Con Terridən gənc oyunçulara tövsiyyə

"Çelsi"nin keçmiş kapitanı Con Terri gənc oyunçuların "Əl Nəsr"in hücumçusu Kriştiano Ronaldoya baxmalı olduqlarını bildirib.

90deqiqe.Az-ın məlumatına görə, 43 yaşlı veteran futbolçu, portuqaliyalı superulduzun onlar üçün nümunə olduğunu deyib.

“Hər hansı bir gənc oyunçu üçün Ronaldo əsas nümunə olmalıdır, ona baxmaq lazımdır. Onun yaşında etdiyi şeyi etmək inanılmazdır”, - ESPN Terrinin sözlərindən sitat gətirib.

Fevralın 21-də "Əl-Nasr" 1/8 final mərhələsinin cavab oyununda evdə "Əl-Feyha"ya 2:0 hesabı ilə qalib gəlib (ilk oyun 1:0). Ronaldo matçın 86-cı dəqiqəsində fərqlənib.

Bu mövsüm Kriştiano Ronaldo klub üçün bütün yarışlarda 28 matçda iştirak edib, 27 qol vurub və 11 məhsuldar ötürmə verib. Xatırladaq ki, Ronaldo 2023-cü ildən "Əl-Nəsr"də çıxış edir. Portuqaliyalının klubla müqaviləsi 2025-ci ilə qədərdir.







İngiltərə P.L.

Moyes Premyer Liqaya qayıda bilər
  • İngiltərə P.L.
  • 17:07 17.10.2024
Moyes Premyer Liqaya qayıda bilər
Zidanla danışıqlar başladı
  • İngiltərə P.L.
  • 17:03 17.10.2024
Zidanla danışıqlar başladı