2 fevral 2026. Bazar ertəsi

"Qvardiola futbol tarixinin ən yaxşı məşqçisidir"

"Barselona"nın keçmiş müdafiəçisi Jerar Pike "Mançester Siti"nin baş məşqçisi Pep Qvardiolanı futbol tarixinin ən yaxşı məşqçisi adlandırıb. 


"Qvardiola futbol tarixinin ən yaxşı məşqçisidir"

"Barselona"nın keçmiş müdafiəçisi Jerar Pike "Mançester Siti"nin baş məşqçisi Pep Qvardiolanı futbol tarixinin ən yaxşı məşqçisi adlandırıb. 

90deqiqe.Az-ın məlumatına görə, 37 yaşlı keçmiş futbolçu ispan çalışdırıcının futbol tarixinin dahisi olduğunu bildirib.

“Qvardiola dahidir. Mənim üçün və çoxları üçün o, futbol tarixinin ən yaxşı məşqçisidir. Qvardiola bütün lazımi keyfiyyətlərə malikdir. O, Barselona futbolçularının ən yaxşı nəslinə rəhbərlik edib. Düşünürəm ki, Qvardiola karyeramızda çoxumuza kömək edib. Xosep hər gün sübut edir ki, o, ən yaxşısıdır”

Xatırladaq ki, sabiq müdafiəçi 2009-2012-ci illərdə mütəxəssisin rəhbərliyi altında çalışıb.

Qvardiola karyerası ərzində “Barselona”, “Bavariya” və “Mançester Siti” klublarını çalışdırıb. Ümumilikdə bu üç komandada ispaniyalı mütəxəssis üçü UEFA Çempionlar Liqası olmaqla, 37 kubok qazanıb.







İngiltərə P.L.

Semenyo Adebayorun nailiyyətini təkrarladı
  • İngiltərə P.L.
  • 22:02 01.02.2026
Semenyo Adebayorun nailiyyətini təkrarladı
“Mançester Yunayted”dən çətin qələbə
  • İngiltərə P.L.
  • 20:07 01.02.2026
“Mançester Yunayted”dən çətin qələbə
“Heç vaxt onun səviyyəsində olmaram”
  • İngiltərə P.L.
  • 16:18 01.02.2026
“Heç vaxt onun səviyyəsində olmaram”
Salah Runiyə məxsus rekordu yenilədi
  • İngiltərə P.L.
  • 15:31 01.02.2026
Salah Runiyə məxsus rekordu yenilədi
“Liverpul” evdə “Nyukasl"ı məğlub etdi
  • İngiltərə P.L.
  • 02:04 01.02.2026
“Liverpul” evdə “Nyukasl"ı məğlub etdi
 “Çelsi”dən çətin qələbə
  • İngiltərə P.L.
  • 23:36 31.01.2026
“Çelsi”dən çətin qələbə