9 may 2026. Şənbə

"Çelsi" Mudriki satmaq istəyir

 İngiltərənin "Çelsi" klubunun futbolçusu Mixail Mudrik komandadan ayrıla bilər.


"Çelsi" Mudriki satmaq istəyir

 İngiltərənin "Çelsi" klubunun futbolçusu Mixail Mudrik komandadan ayrıla bilər.

90deqiqe.Az "Football Insider"ə istinadən məlumatına görə, londonluların rəhbərliyi ukraynalı yarımmüdafiəçini yay transfer pəncərəsində satmağı düşünür. Buna səbəb Mudrikin gözlənilən performansın altında qalmasıdır.

Xatırladaq ki, daha əvvəl bildirilmişdi ki, “Çelsi”nin məşqçilər korpusu, yəni baş məşqçi Maurisio Poçettino Mudrikin klub sistemində uğurlu işləmək üçün lazım olan futbol intellektinə malik olmadığını düşünür. Bundan əlavə, "Çelsi" məşqçilər heyəti oyunçunun hücumları tamamlamaq və hərəkətləri birləşdirmək qabiliyyətini şübhə altına alır.

Əlavə edək ki, Mixail Mudrik ötən ilin yanvarında 70+30 milyon avroya "Çelsi"yə keçib.Bu mövsüm futbolçu "mavilər"in heyətində bütün turnirlərdə 25 oyun keçirib və 4 qol vurub və 3 məhsuldar ötürmə edib. Ukrayna millisinin futbolçusu ilə London komandası arasında mövcud əmək müqaviləsi 2031-ci ilin yayına kimi nəzərdə tutulub.







İngiltərə P.L.

“Onunla işləmək böyük zövqdür”
  • İngiltərə P.L.
  • 23:33 08.05.2026
“Onunla işləmək böyük zövqdür”
“Belə futbolçunu tapmaq çətindir”
  • İngiltərə P.L.
  • 23:28 08.05.2026
“Belə futbolçunu tapmaq çətindir”
Qvardiola ayın ən yaxşı məşqçisi seçildi
  • İngiltərə P.L.
  • 22:13 08.05.2026
Qvardiola ayın ən yaxşı məşqçisi seçildi