14 iyul 2026. Çərşənbə axşamı

Ederson Co Hartı keçdi


Ederson Co Hartı keçdi

"Mançester Siti"nin qapıçısı Ederson İngiltərə Premyer Liqasının 26-cı turunun "Bornmut"la matçında (1:0) qapısını toxunulmaz saxlaya bilib.

90deqiqe.Az "Squawka"ya istinadən xəbər verir ki, bu görüş qapıçı üçün İngiltərə çempionatında klubun forması ilə 110-cu təmiz qol olub və ona bu göstəricidə hazırda Şotlandiya "Seltik"ində çıxış edən Co Hartı (109) ötüb.

Ederson 2017-ci ildə "Benfika"dan 40 milyon avroya "Mançester Siti"yə keçib.Bu mövsüm qapıçı "vətəndaşlar"ın heyətində bütün turnirlərdə 33 oyun keçirib və 31 qol buraxıb. Futbolçunun ingilis klubu ilə müqaviləsi 2026-cı ilin iyun ayının sonuna qədər qüvvədədir. Transfermarkt internet portalına görə oyunçunun təxmini dəyəri 40 milyon avrodur.

26 turdan sonra "Mançester Siti"nin 59 xalı var. Xosep Qvardiolanın yetirmələri turnir cədvəlinin ikinci pilləsində qərarlaşıb. Çempionata 60 xalla "Liverpul" başçılıq edir.







İngiltərə P.L.

"Bu, mənim üçün ciddi sınaqdır"
  • İngiltərə P.L.
  • 23:27 13.07.2026
"Bu, mənim üçün ciddi sınaqdır"
Maykl Edvards yenidən "Liverpul"dan getdi
  • İngiltərə P.L.
  • 19:13 11.07.2026
Maykl Edvards yenidən "Liverpul"dan getdi
Xabi Alonso "Çelsi"də ilk məşqini keçirdi
  • İngiltərə P.L.
  • 23:38 09.07.2026
Xabi Alonso "Çelsi"də ilk məşqini keçirdi
"Xabi Alonso bu futbolçuya güvənsin"
  • İngiltərə P.L.
  • 22:40 09.07.2026
"Xabi Alonso bu futbolçuya güvənsin"
"Xabi Alonso "Çelsi"də uğur qazanacaq"
  • İngiltərə P.L.
  • 22:38 08.07.2026
"Xabi Alonso "Çelsi"də uğur qazanacaq"