14 iyul 2026. Çərşənbə axşamı

Arzusu "Liverpul"la kubok qazanmaqdır


Arzusu "Liverpul"la kubok qazanmaqdır

"Liverpul"un yarımmüdafiəçisi Aleksis Mak Allister İngiltərə Liqa Kubokunun finalında qarşılaşacaqları "Çelsi" ilə görüş haqda fikirlərini bölüşüb.

90deqiqe.Az-ın məlumatına görə, argentinalı oyunçu Mersisaydla kubok qazanmaq istədiyini bildirib.

“Liqa Kubokunu qazanmaq? Ümid edirəm. Bu klubla müqavilə bağlayanda istədiyim də bu idi. Kuboklar qazanmaq istədiyimi dedim. Bu, mənim "Liverpul" ilə ilk finalım və nəsə qazanmaq üçün ilk fürsətim olacaq, ona görə də bu, mənim və komandam üçün xüsusi bir şey olacaq”

Xatırladaq ki, “Çelsi” və “Liverpul” arasında İngiltərə Liqa Kubokunun final oyunu fevralın 25-i bazar günü keçiriləcək. Oyun Moskva vaxtı ilə saat 18:00-da başlayacaq. İki il əvvəl turnirin oxşar finalında dramatik görüşdə mersisaydlılar penaltilər seriyasında daha güclü nəticələndilər.







İngiltərə P.L.

"Bu, mənim üçün ciddi sınaqdır"
  • İngiltərə P.L.
  • 23:27 13.07.2026
"Bu, mənim üçün ciddi sınaqdır"
Maykl Edvards yenidən "Liverpul"dan getdi
  • İngiltərə P.L.
  • 19:13 11.07.2026
Maykl Edvards yenidən "Liverpul"dan getdi
Xabi Alonso "Çelsi"də ilk məşqini keçirdi
  • İngiltərə P.L.
  • 23:38 09.07.2026
Xabi Alonso "Çelsi"də ilk məşqini keçirdi
"Xabi Alonso bu futbolçuya güvənsin"
  • İngiltərə P.L.
  • 22:40 09.07.2026
"Xabi Alonso bu futbolçuya güvənsin"
"Xabi Alonso "Çelsi"də uğur qazanacaq"
  • İngiltərə P.L.
  • 22:38 08.07.2026
"Xabi Alonso "Çelsi"də uğur qazanacaq"