20 dekabr 2025. Şənbə

"Kuboklar haqqında düşünmək belə mümkün deyil" - Qvardiola


"Kuboklar haqqında düşünmək belə mümkün deyil" - Qvardiola

"Mançester Siti"nin baş məşqçisi Pep Qvardiola kuboklar uğrunda mübarizə aparan klublara olan təzyiqlə bağlı açıqlama verib.

90deqiqe.Az xəbər verir ki, ispan çalışdırıcı,bunu belə izah edib.

“Turnir cədvəlində 10-cu yer uğrunda mübarizə aparmaqdan daha yaxşıdır. Hər oyunu uduzsan, hər şeyin bitəcəyini bilərək oynamaq xoşdur. Avqust və sentyabr aylarında hər şey o qədər uzaq görünür ki, kuboklar haqqında düşünmək belə mümkün deyil. İndi də” 

Hazırda İngiltərə çempionatının turnir cədvəlində 59 xalla "Mançester Siti" ikinci pillədə qərarlaşıb. Komanda lider "Liverpul"dan bir xal geri qalır. “Arsenal” da öz növbəsində 58 xalla üçüncü yerdədir. Daxili çempionatın növbəti oyununda “şəhərlilər” doğma meydanda “Mançester Yunayted”lə qarşılaşacaq.







İngiltərə P.L.

"Haverts tezliklə komandaya qayıda bilər"
  • İngiltərə P.L.
  • 22:59 19.12.2025
"Haverts tezliklə komandaya qayıda bilər"
Saka "Arsenal" tarixində rekorda imza atacaq
  • İngiltərə P.L.
  • 22:31 19.12.2025
Saka "Arsenal" tarixində rekorda imza atacaq