24 noyabr 2024. Bazar günü

"Tiaqonun bu mövsüm oynaya bilməyəcəyini bilmirəm"


"Tiaqonun bu mövsüm oynaya bilməyəcəyini bilmirəm"

İngiltərə "Liverpul"unun baş məşqçisi Yurgen Klopp komandanın yarımmüdafiəçisi Tiaqo Alkantaranın zədələnməsindən danışıb.

90deqiqqe.Az xəbər verir ki, alman çalışdırıcı 32 yaşlı futbolçunun bu mövsüm yenidən oynama ehtimalı ilə bağlı heçnə deyə bilməyəcəyini bildirib.

“Tibbi baxımdan Alkantaranın nə etməli olduğunu bilmirəm. Və onun bu mövsüm yenidən oynaya biləcəyini bilmirəm.Bu barədə daha heç nə deyə bilmərəm".

Xatırladaq ki, Alkantara 2020-ci ilin payızında "Liverpul"a gələndən sonra ispaniyalı yarımmüdafiəçi 10 zədə alıb. 2023-cü ilin aprelində Tiaqo ombasını zədələdi və yalnız 2024-cü ilin fevralına kimi sağaldı. İspan futbolçu İngiltərə Premyer Liqasının 23-cü turunun “Arsenal”la matçında (2:3) 5 dəqiqə meydanda olmağı bacarıb, daha sonra əzələsindən zədə alıb. Qeyd edək ki, 32 yaşlı futbolçunun müqaviləsi 2024-cü ilin yayında başa çatır.







İngiltərə P.L.

Arteta Tomiyasunun vəziyyətindən danışıb
  • İngiltərə P.L.
  • 21:33 22.11.2024
Arteta Tomiyasunun vəziyyətindən danışıb