27 avqust 2026. Cümə axşamı

Poçettino Nkunkunun zədəsindən danışdı


Poçettino Nkunkunun zədəsindən danışdı

"Çelsi"nin baş məşqçisi Maurisio Poçettino hücumçu Kristofer Nkunkunun zədəsi ilə bağlı açıqlama verib.

90deqiqqe.Az xəbər verir ki, argentinalı çalışdırıcı, 26 yaşlı forvardın üç-dörd həftə yaşıl meydanlardan kənarda qalacağını bildirib.

"Dünən biz Nkunkunun zədələndiyini öyrəndik, lakin bunun dəqiq nə vaxt baş verdiyini bilmirik. Biz onun vəziyyətini hər gün izləməli və qiymətləndirməliyik, amma düşünürəm ki, hazırda o, üç-dörd həftə yaşıl meydanlardan kənarda qala bilər."

Futbolçu İngiltərə Liqa Kubokunun finalında zədələnib.

Daha əvvəl "Çelsi"nin Poçettinoya əvəzləyici axtarışında olduğu bildirilirdi.







İngiltərə P.L.

“Tottenhem”dən Liqa Kubokunda darmadağın
  • İngiltərə P.L.
  • 00:59 27.08.2026
“Tottenhem”dən Liqa Kubokunda darmadağın