8 noyabr 2026. Bazar günü

"Mən öz təcrübəmdən bilirəm ki, beş finalda məğlub olma necə hissdir"


"Mən öz təcrübəmdən bilirəm ki, beş finalda məğlub olma necə hissdir"

"Liverpul"un baş məşqçisi Yurgen Klopp "Çelsi"nin futbolçularına və məşqçilər korpusuna dəstəyini ifadə edib.

90deqiqqe.Az xəbər verir ki, alman çalışdırıcı beş və ya altı finalda uduzmağın nə olduğunu bildiyini qeyd edib.

“Mən beş və ya altı finalda uduzmağın nə olduğunu bilən adamam... "Çelsi"nin necə hiss etdiyini təsəvvür edə bilərəm. Hər kəs sizə deyir: "Yeri gəlmişkən, siz son beş finalda məğlub oldunuz və bu, yeni rekorddur." Bu, xoşagəlməz haldır və mən onlara həqiqətən də rəğbət bəsləyirəm”, – məşhur jurnalist və insayder Fabrizio Romano X sosial şəbəkəsində (keçmiş Twitter) Kloppun sözlərini sitat gətirir.

Xatırladaq ki, bazar günü, fevralın 25-də İngiltərə Liqa Kubokunun 2023/2024 mövsümünün finalında “qırmızılar” “mavilər”i minimal hesabla məğlub etmişdi.

Yurgen Klopp 2015-ci ilin oktyabrında "Liverpul"u çalışdırıb. Bu mövsümün sonunda mütəxəssis klubu tərk edəcək.







İngiltərə P.L.

“Lids” evdə “Tottenhem”ə qalib gəldi
  • İngiltərə P.L.
  • 19:16 07.11.2026
“Lids” evdə “Tottenhem”ə qalib gəldi
“Hələ çox şey öyrənməliyəm”
  • İngiltərə P.L.
  • 23:53 06.11.2026
“Hələ çox şey öyrənməliyəm”