2 fevral 2026. Bazar ertəsi

Jorginyo İtaliyaya qayıdır? - agenti açıqladı


Jorginyo İtaliyaya qayıdır? - agenti açıqladı

"Arsenal"ın yarımmüdafiəçisi Jorginyo bu mövsümün sonunda A Seriyasına qayıda bilər.

90deqiqqe.Az xəbər verir ki, bu barədə italyan oyunçunun agenti Joao Santos bildirib.

“O, "Latsio" üçün daha uyğun olardı, çünki Jorginyonun keyfiyyətlərinə çox bələd olan baş məşqçi Sarri var. Amma biz həm də əla idman direktoru olan “Yuventus” haqqında düşünürük – müştərim “Napoli”də oynayarkən onunla əməkdaşlıq etdiyi Kriştiano Giuntoli. “Roma” variantının real olduğunu düşünmürəm, çünki onlarla heç vaxt əlaqəmiz olmayıb. İstənilən futbolçunun istəyinə gəlincə, hamı “Milan” və “İnter”də oynamaq istəyər”, - deyə “Football Italia” Santosun sözlərindən sitat gətirir.

Yarımmüdafiəçi daha əvvəl 2014-2018-ci illərdə "Napoli"də çıxış edib.

Jorginyo ötən ilin yanvarından "Arsenal"da çıxış edir. Bu mövsüm yarımmüdafiəçi "topçular"ın heyətində bütün yarışlarda 23 oyun keçirib və bu oyunda bir qol vurub və bir məhsuldar ötürmə edib. Futbolçunun London klubu ilə müqaviləsi bu ilin iyun ayının sonuna kimi qüvvədədir. Transfermarkt internet portalına görə futbolçunun təxmini dəyəri 15 milyon avrodur.







İngiltərə P.L.

Semenyo Adebayorun nailiyyətini təkrarladı
  • İngiltərə P.L.
  • 22:02 01.02.2026
Semenyo Adebayorun nailiyyətini təkrarladı
“Mançester Yunayted”dən çətin qələbə
  • İngiltərə P.L.
  • 20:07 01.02.2026
“Mançester Yunayted”dən çətin qələbə
“Heç vaxt onun səviyyəsində olmaram”
  • İngiltərə P.L.
  • 16:18 01.02.2026
“Heç vaxt onun səviyyəsində olmaram”
Salah Runiyə məxsus rekordu yenilədi
  • İngiltərə P.L.
  • 15:31 01.02.2026
Salah Runiyə məxsus rekordu yenilədi
“Liverpul” evdə “Nyukasl"ı məğlub etdi
  • İngiltərə P.L.
  • 02:04 01.02.2026
“Liverpul” evdə “Nyukasl"ı məğlub etdi
 “Çelsi”dən çətin qələbə
  • İngiltərə P.L.
  • 23:36 31.01.2026
“Çelsi”dən çətin qələbə