8 noyabr 2026. Bazar günü

"Tottenhem" "Kristal Pelas"ı məğlub edib


"Tottenhem" "Kristal Pelas"ı məğlub edib

İngiltərə Premyer Liqasında 27-ci turun oyunları keçirilir.

90deqiqe.Az  xəbər verir ki, "Tottenhem" bu tur çərçivəsində "Kristal Pelas"ı qəbul edib. Görüşdə meydan sahibləri inamlı qələbə qazanıb (3:1).

59-cu dəqiqədə Ebereçi Eze qonaqları hesabda irəli çıxarıb. 78-ci dəqiqədə Timo Verner hesabı bərabərləşdirib. "Londonlular" 80-ci dəqiqədə Kristian Romeronun qolundan sonra önə keçib. Heung-Min Son 88-ci dəqiqədə meydan sahiblərinin üstünlüyünü artırıb.

"Tottenhem" İngiltərə çempionatında 50 xalla 5-ci yerdədir. “Kristal Pelas” 28 xalla 14-cü pillədə qərarlaşıb.







İngiltərə P.L.

“Lids” evdə “Tottenhem”ə qalib gəldi
  • İngiltərə P.L.
  • 19:16 07.11.2026
“Lids” evdə “Tottenhem”ə qalib gəldi
“Hələ çox şey öyrənməliyəm”
  • İngiltərə P.L.
  • 23:53 06.11.2026
“Hələ çox şey öyrənməliyəm”