- İngiltərə P.L.
- 22:44 01.02.2026
"Mançester Siti"nin baş məşqçisi Pep Qvardiola komandanın vingeri Fil Fodenin cari mövsümdəki çıxışından danışıb.
90deqiqe.Az xəbər verir ki, ispan çalışdırıcı, Fodeni bu mövsümün ən yaxşı oyunçusu olduğunu bildirib.
"Digər böyük oyunçulara hörmətlə yanaşsaq, Foden bu mövsümün ən yaxşı oyunçusudur."
2023/24 mövsümündə Foden bütün yarışlar da daxil olmaqla 40 matçda meydana çıxıb, 18 qol vurub və on məhsuldar ötürmə edib.
27 turdan sonra "Mançester Siti" 62 xalla İngiltərə çempionatının turnir cədvəlində ikinci yerdədir. Lider "Liverpul"la fərq bir xaldır.