21 dekabr 2025. Bazar günü

"Futbolçular azarkeşlərin dəstəyini hiss etməlidirlər " - Poçettino


"Futbolçular azarkeşlərin dəstəyini hiss etməlidirlər " - Poçettino

"Çelsi"nin baş məşqçisi Maurisio Poçettino klub azarkeşlərinin tənqidindən sonra futbolçularını müdafiə edib.

90deqiqe.Az  xəbər verir ki, argentinalı çalışdırıcı azarkeşləri futbolçuları küsdürməməyə dəvət etdiyini bildirib.

“Düşünürəm ki, son bir neçə oyun çox yaxşı keçdi. Azarkeşlər dinləmək istəyirlərsə, əla. Yoxdursa, mən nə edə bilərəm? Onlar küsməyə davam edəcəklər. Bu komandaya hər şeyimi verirəm.Amma azarkeşləri qınamaq olmaz. Onlar öz narazılıqlarını göstərməlidirlər. Bunun komanda vasitəsilə yox, mənim vasitəmlə olmasını üstün tuturam. Futbolçular azarkeşlərin dəstəyini hiss etməlidirlər və düzünü desəm, bütün günahın mənim üzərimə düşməsinə və futbolçuların meydanda sərbəst olmasına üstünlük verirəm.Mənə maraqlı deyil.Mən güclüyəm, artıq 52 yaşım var.”

Xatırladaq ki, Poçettino ötən yay “Çelsi”nin baş məşqçisi olmuşdu. İngiltərə çempionatında keçirdiyi 26 oyundan sonra London klubu 36 xal toplayıb və 11-ci yerdədir.







İngiltərə P.L.

“Ceyms möhtəşəm oyun göstərdi”
  • İngiltərə P.L.
  • 22:15 20.12.2025
“Ceyms möhtəşəm oyun göstərdi”
“İkinci yarıda yaxşı oynadıq, amma..."
  • İngiltərə P.L.
  • 22:00 20.12.2025
“İkinci yarıda yaxşı oynadıq, amma..."
 “Çelsi” “Nyukasl"la heç-heçə etdi
  • İngiltərə P.L.
  • 19:20 20.12.2025
“Çelsi” “Nyukasl"la heç-heçə etdi