- İngiltərə P.L.
- 23:26 23.11.2024
"Arsenal"ın yarımmüdafiəçisi Jorginyo komandanın hazırkı forması haqda danışıb.
90deqiqe.Az xəbər verir ki, 32 yaşlı futbolçu bu oyunları davam etdirməli olduqlarını bildirib.
"Bütün bu yaxşı şeyləri etdiyimiz üçün özümüzü yaxşı hiss edirik, amma davam etməliyik.Çünki əgər biz sadəcə olaraq “oh hə, əla, bitdi” deyə düşünsək... yox, sadəcə başımızı aşağı salıb irəliləməyə davam etməliyik, təvazökar olmalıyıq və irəliləməliyik.
Biz yalnız gördüyümüz işdən məmnun qalmamalıyıq. Əlbəttə, xoşbəxtik, amma xoşbəxt olmağa davam etmək istəyirik. Belə olmaq üçün sadəcə çox çalışmaq lazımdır”
Xatırlatmaq istərdik ki, Mikel Artetanın yetirmələri İngiltərə çempionatında son 7 matçda qalib gəliblər.
27 turdan sonra "Arsenal" Premyer Liqada 61 xalla 3-cü pillədə qərarlaşıb. Çempionata "Liverpul" başçılıq edir (63 xal).