24 iyun 2026. Çərşənbə

"Bavariya" və “Nyukasl” Zinçenko ilə maraqlanır


"Bavariya" və  “Nyukasl” Zinçenko ilə maraqlanır

"Arsenal"ın sol cinah müdafiəçisi Oleksandr Zinçenko bir neçə klubun radarındadır.

90deqiqe.Az-ın “FootballTransfers”a məlumatına görə, “Bavariya” və “Nyukasl” ukraynalı oyunçuya göz dikib.

Bildirilir ki, Münhen komandasına yeni sol cinah müdafiəçisi lazımdır, çünki Alfonso Davies gələn yay çox güman ki, "Real Madrid"ə keçəcək. Zinçenko Bundesliqa nəhənglərinin əsas hədəflərindən biridir.

"Arsenal" 27 yaşlı Zinçenko üçün 45 milyon avro istəyəcək. Zinçenkonun müdafiədə təkcə sol cinahda oynamağa qadir olmadığını söyləmək lazımdır. Futbolçu Ukrayna millisində yarımmüdafiənin mərkəzində çıxış edir.







İngiltərə P.L.

"Hall Siti" sanksiya ilə üzləşə bilər
  • İngiltərə P.L.
  • 22:13 18.06.2026
"Hall Siti" sanksiya ilə üzləşə bilər