22 aprel 2026. Çərşənbə

Rodri Premyer Liqa ilə La Liqanı müqayisə etdi


Rodri Premyer Liqa ilə La Liqanı müqayisə etdi

"Mançester Siti"nin yarımmüdafiəçisi Rodriqo İspaniya La Liqası ilə İngiltərə Premyer Liqası arasındakı fərqi açıqlayıb.

90deqiqe.Az xəbər verir ki, 27 yaşlı futbolçu bunu belə izah edib.

“Bunlar demək olar ki, fərqli idman növləridir (gülür). Ən əsası ritmi tutmaqdır. La Liqada tərəfdaşlar Premyer Liqadakı tempi saxlamayacaqlar. İspaniyada onlar daha səbirlə oynayırlar, taktikaya diqqət yetirirlər; komandalar topla nə etmək istədiklərini daha yaxşı bilirlər. İngiltərədə intensivliyə böyük diqqət yetirilir.

“Vest Hem”lə debüt matçımda düşünmək üçün bir saniyəm yox idi, rəqib dərhal qarşımda idi. Daha sürətli qərarlar verməyi və fiziki təmaslara müqavimət göstərməyi öyrənməli idim. Həmçinin İngiltərədə rəqiblər daha çox fərdi bacarıqlara görə problem yaradırlar”, - deyə Rodrinin sözlərini L’Équipe sitat gətirir.

Xatırladaq ki, Rodri 2016-2018-ci illərdə "Vilyarreal"ın əsas komandasında çıxış edib. Daha sonra 2018-ci ildən 2019-cu ilə qədər ispaniyalı futbolçu "Atletiko Madrid"də oynayıb və oradan "Mançester Siti"yə keçib.







İngiltərə P.L.

“Brayton” “Çelsi”ni darmadağın etdi
  • İngiltərə P.L.
  • 01:09 22.04.2026
“Brayton” “Çelsi”ni darmadağın etdi