8 noyabr 2026. Bazar günü

"Qalan bütün matçlarda qalib gəlməliyik" - Bruno


"Qalan bütün matçlarda qalib gəlməliyik" - Bruno

"Mançester Yunayted"in kapitanı Bruno Fernandeş komandasının İngiltərə Premyer Liqasında mövsümün qalan hissəsi üçün hədəfini açıqlayıb.

90deqiqe.Az xəbər verir ki, portuqaliyalı oyunçu qalan son matçları qazanmaq istədiklərini bildirib.

“Qalan bütün matçlarda qalib gəlməliyik. Məhz bunun üçün səy göstərməliyik. Liqadakı mövqeyimizi bilirik və bundan razı deyilik. Çempionlar Liqasına vəsiqə qazanmaq üçün mübarizə aparmalıyıq. Çətin olacağını bilirik, amma hər dəfə qalib gəlməliyik.Komandamız “Fulhem”i məğlub edə bilməyib. Sonra "Siti"yə uğursuz bir səfər oldu. Bunlar artıq iki səhvdir. Hər şeyi özümüz üçün çətinləşdirmişik.

"Aston Villa" həqiqətən yaxşı oynayır, "Tottenhem" dıə çox yaxşıdır. Biz ən dözülməz vəziyyətdəyik, bu, bizim üçün ən çətindir, lakin biz mübarizə aparıb qalan döyüşlərdə qalib gəlməliyik”







İngiltərə P.L.

“Lids” evdə “Tottenhem”ə qalib gəldi
  • İngiltərə P.L.
  • 19:16 07.11.2026
“Lids” evdə “Tottenhem”ə qalib gəldi
“Hələ çox şey öyrənməliyəm”
  • İngiltərə P.L.
  • 23:53 06.11.2026
“Hələ çox şey öyrənməliyəm”