23 mart 2026. Bazar ertəsi

Salahdan "Liverpul"dakı gələcəyi ilə bağlı açıqlama


Salahdan "Liverpul"dakı gələcəyi ilə bağlı açıqlama

"Liverpul"un hücumçusu Məhəmməd Salah mütəxəssis Yurgen Kloppun gedişindən sonra gələcəyi ilə bağlı sualı cavablandırıb.

90deqiqe.Az xəbər verir ki, misirli forvard alman çalışdırıcının ayrılmasının komandadakı gələcəyinə təsir etməyəcəyini bildiirb.

“Məşqçi dəyişikliyi klubdakı vəziyyətimə təsir edəcəkmi? Yox yox. Bu həyatdır, hər şey dəyişir. Əhəmiyyətli oyunçular və məşqçilər artıq "Liverpul"u tərk ediblər. Bir gün mən "Liverpul"dan ayrılacağam, amma yox, Kloppun gedişi mənim gələcəyimə təsir etməyəcək”

Xatırladaq ki, misirli futbolçu 2017-ci ildə “Roma”dan “Liverpul”a keçmişdi. Bu mövsüm Mohamed Salah İngiltərə komandasının heyətində bütün turnirlərdə 30 oyun keçirib və 19 qol vurub və 10 məhsuldar ötürmə edib. Transfermarkt internet portalının məlumatına görə, 31 yaşlı futbolçunun bazar dəyəri 65 milyon avrodur.







İngiltərə P.L.

“Tottenhem” evdə darmadağın oldu
  • İngiltərə P.L.
  • 20:26 22.03.2026
“Tottenhem” evdə darmadağın oldu
"Nyukasl" evdə "Sanderlend"ə məğlub oldu
  • İngiltərə P.L.
  • 18:16 22.03.2026
"Nyukasl" evdə "Sanderlend"ə məğlub oldu
“Çelsi” baş məşqçini qova bilər
  • İngiltərə P.L.
  • 14:44 22.03.2026
“Çelsi” baş məşqçini qova bilər