2 fevral 2026. Bazar ertəsi

Runi Mainunu keçmiş almaniyalı ulduzla müqayisə etdi


Runi Mainunu keçmiş almaniyalı ulduzla müqayisə etdi

"Mançester Yunayted"in əfsanəvi futbolçusu Ueyn Runi 18 yaşlı yarımmüdafiəçi Kobbi Mainunun çıxışı haqda danışıb.

90deqiqe.Az-ın məlumatına görə, Runi, gənc oyunçunu oyununa görə sabiq alman futbolçu Şvaynştaygerə bənzətdiyini bildirib.

“Düşünürəm ki, o, belə gənc yaşda inanılmazdır - o, artıq yetkinlik nümayiş etdirir. Adətən gənc futbolçular ilk baxışda bir az çiy görünür. Mainu mənə öz oyunu ilə gənc Bastian Şvaynştaygeri xatırladır. O, həmişə düzgün qərarlar qəbul edir. Onu parlaq gələcək gözləyir”

Xatırladaq ki, Bastian Şvaynştayger təxminən beş il əvvəl futboldan ayrılıb. Alman futbolçu 2015-2017-ci illərdə "Mançester Yunayted"də çıxış edib.







İngiltərə P.L.

Semenyo Adebayorun nailiyyətini təkrarladı
  • İngiltərə P.L.
  • 22:02 01.02.2026
Semenyo Adebayorun nailiyyətini təkrarladı
“Mançester Yunayted”dən çətin qələbə
  • İngiltərə P.L.
  • 20:07 01.02.2026
“Mançester Yunayted”dən çətin qələbə
“Heç vaxt onun səviyyəsində olmaram”
  • İngiltərə P.L.
  • 16:18 01.02.2026
“Heç vaxt onun səviyyəsində olmaram”
Salah Runiyə məxsus rekordu yenilədi
  • İngiltərə P.L.
  • 15:31 01.02.2026
Salah Runiyə məxsus rekordu yenilədi
“Liverpul” evdə “Nyukasl"ı məğlub etdi
  • İngiltərə P.L.
  • 02:04 01.02.2026
“Liverpul” evdə “Nyukasl"ı məğlub etdi
 “Çelsi”dən çətin qələbə
  • İngiltərə P.L.
  • 23:36 31.01.2026
“Çelsi”dən çətin qələbə