2 fevral 2026. Bazar ertəsi

Çempionluq uğrunda vacib matç: “Mançester Siti” evdə “Arsenal”a qarşı


Çempionluq uğrunda vacib matç: “Mançester Siti” evdə “Arsenal”a qarşı

İngiltərə Premyer Liqasının XXX turu çərçivəsində çempionluq mübarizəsi aparan komandalardan “Mançester Siti” evdə “Arsenal”la qarşılaşacaq.

90deqiqe.az xəbər verir ki, kollektivlər arasında oynanılan son 5 çempionat matçında “şəhərlilər” 4, “topçular” isə 1 qələbə qazanıb. Mançester təmsilçisi evdə rəqibinə sonuncu dəfə 9 il əvvəl 0:2 hesabı ilə məğlub olub. Pep Qvardiola milli komandanın heyətindən zədəli qayıdan Kayl Uolker və Con Stonsun xidmətlərindən bu dueldə yararlana bilməyəcək. Bundan başqa Ederson və Kevin de Bröynenin vəziyyətinə oyun günü aydınlıq gələcək. Mikel Artetanın kollektivində isə Bukaya Saka və Qabriel Martinellinin oynaması sual altındadır. Hazırda “topçular” “Liverpul”la birlikdə 64 xalla şərikli liderdir, “şəhərlilər” isə onlardan 1 xal geri qalır.

Martın 30-u “Etihad”da oynanılacaq və 19:30-da start götürəcək görüşü Entoni Teylor idarə edəcək.







İngiltərə P.L.

Semenyo Adebayorun nailiyyətini təkrarladı
  • İngiltərə P.L.
  • 22:02 01.02.2026
Semenyo Adebayorun nailiyyətini təkrarladı
“Mançester Yunayted”dən çətin qələbə
  • İngiltərə P.L.
  • 20:07 01.02.2026
“Mançester Yunayted”dən çətin qələbə
“Heç vaxt onun səviyyəsində olmaram”
  • İngiltərə P.L.
  • 16:18 01.02.2026
“Heç vaxt onun səviyyəsində olmaram”
Salah Runiyə məxsus rekordu yenilədi
  • İngiltərə P.L.
  • 15:31 01.02.2026
Salah Runiyə məxsus rekordu yenilədi
“Liverpul” evdə “Nyukasl"ı məğlub etdi
  • İngiltərə P.L.
  • 02:04 01.02.2026
“Liverpul” evdə “Nyukasl"ı məğlub etdi
 “Çelsi”dən çətin qələbə
  • İngiltərə P.L.
  • 23:36 31.01.2026
“Çelsi”dən çətin qələbə