8 noyabr 2026. Bazar günü

De Zerbi top klubda işləmək üçün "Brayton"dan ayrılmağa hazırdır


De Zerbi top klubda işləmək üçün "Brayton"dan ayrılmağa hazırdır

"Brayton"un baş məşqçisi Roberto De Zerbi bu yay İngiltərə klubunu tərk etməyə hazırdır.

90deqiqe.Az xəbər verir ki, o, Avropanın ən yaxşı klubuna rəhbərlik etmək üçün gələn təklifləri dəyərləndirmək niyyətindədir. Bu barədə jurnalist Nikolo Skira  "X" sosial şəbəkəsində (keçmiş Twitter) yazıb.

Bundan əvvəl mətbuatda bir sıra Avropa nəhənglərinin italyan mütəxəssisin xidmətində, o cümlədən "Liverpul", "Bavariya" və "Barselona"nın da maraqlı olduğu barədə məlumatlar yayılmışdı.

De Zerbi 2022-ci ilin sentyabrından "Brayton"a rəhbərlik edir. İngiltərə çempionatının cari mövsümünün 28 turundan sonra "qağayılar" 42 xal toplayıb və hazırda 9-cu yerdədir. “Brayton” da bu turnirin 1/8 finalında “Roma”ya ümumi 0:5 hesabı ilə uduzaraq, Avropa Liqasını tərk edib.







İngiltərə P.L.

“Lids” evdə “Tottenhem”ə qalib gəldi
  • İngiltərə P.L.
  • 19:16 07.11.2026
“Lids” evdə “Tottenhem”ə qalib gəldi
“Hələ çox şey öyrənməliyəm”
  • İngiltərə P.L.
  • 23:53 06.11.2026
“Hələ çox şey öyrənməliyəm”