- İngiltərə P.L.
- 23:26 23.11.2024
"Liverpul" baş məşqçi axtarışlarını davam etdirir
90deqiqe.az xəbər verir ki, eks futbolçusu Xabi Alonsonun mövsüm sonu kluba baş məşqçi gətirməyə çalışan "Liverpul" rəhbərliyi ispaniyalı çalışdırıcının "Bayer Leverkuzen"lə yeni müqavilə imzalamasından sonra yeni hədəf müəyyənləşdirib.
İngiltərə mətbuatında yazılan məlumata görə; "Liverpul" baç məşqçi vəzifəsi üçün "Sportinq Lisabon"un baş məşqçisi Ruben Amorimi hədəf alıb. 39 yaşlı məşqçinin sərbəst qalma məbləği 12,8 milyon funt-sterlinqdir.
Lisabon komandası Amorimin rəhbərliyi altında 2020-21 mövsümündə 19 illik çempionluq həsrətinə son qoyub və hazırda 68 xalla Portuqaliya çempionatına başçılıq edir.