9 may 2026. Şənbə

"Arsenal" əsas transfer hədəfini müəyyən edib


"Arsenal" əsas transfer hədəfini müəyyən edib

"Arsenal" yay transfer pəncərəsi üçün əsas hədəf kimi "Bavariya"nın yarımmüdafiəçisi Coşua Kimmixi müəyyənləşdirib.

90deqiqe.Az xəbər verir ki, "topçular" alman oyunçunun potensial transferi ilə bağlı artıq Münhen komandası ilə əlaqə saxlayıb. Lakin "Bavariya" mövsüm bitənə qədər danışıqlar aparmaq istəmir.

Kimmixin alman klubu ilə müqaviləsi 2025-ci ilin yayına kimi nəzərdə tutulub. Yeni anlaşma ilə bağlı danışıqlar dalana dirənib, futbolçunun maaşı büdrəməyə başlayıb. "Arsenal" vəziyyəti yaxşı bilir və yayda danışıqlara başlamaq niyyətindədir. Qeyd edək ki, Kay Havertz İngiltərəyə köçmək barədə Kimmixlə danışıb.

Daha əvvəl “Bavariya”nın idman direktoru Maks Eberl bildirmişdi ki, 29 yaşlı futbolçu Münhen komandasının yeni baş məşqçisi kimin olacağını biləndə gələcəyinə qərar verəcək.







İngiltərə P.L.

“Onunla işləmək böyük zövqdür”
  • İngiltərə P.L.
  • 23:33 08.05.2026
“Onunla işləmək böyük zövqdür”
“Belə futbolçunu tapmaq çətindir”
  • İngiltərə P.L.
  • 23:28 08.05.2026
“Belə futbolçunu tapmaq çətindir”
Qvardiola ayın ən yaxşı məşqçisi seçildi
  • İngiltərə P.L.
  • 22:13 08.05.2026
Qvardiola ayın ən yaxşı məşqçisi seçildi