8 noyabr 2026. Bazar günü

“MY” gözünü “Vulverhempton”un müdafiəçisinə dikib


“MY” gözünü “Vulverhempton”un müdafiəçisinə dikib

"Mançester Yunayted" "Vulverhempton"un müdafiəçisi Maks Kilman ilə maraqlanır.

90deqiqe.Az “The Times"ə istinadən xəbər verir ki, mankunianlıların rəhbərliyinin fikrincə, ingilis futbolçu kluba müdafiə problemlərini həll etməyə kömək edə bilər.

26 yaşlı Kilman artıq bir neçə ildir ki, İngiltərənin top-klublarının qısa siyahısındadır.

Transfermarkt oyunçunu 35 milyon avro dəyərində qiymətləndirir, lakin "canavarlar"ın daha çox təzminat tələb edəcəyi gözlənilir.

Xatırladaq ki, ötən yay Kilman "Napoli"yə keçə bilərdi, lakin "Vulverhempton" transferə mane olub.







İngiltərə P.L.

“Lids” evdə “Tottenhem”ə qalib gəldi
  • İngiltərə P.L.
  • 19:16 07.11.2026
“Lids” evdə “Tottenhem”ə qalib gəldi
“Hələ çox şey öyrənməliyəm”
  • İngiltərə P.L.
  • 23:53 06.11.2026
“Hələ çox şey öyrənməliyəm”