8 sentyabr 2024. Bazar günü

Klopp çempionluq yarışında kimi favorit hesab edir?


Klopp çempionluq yarışında kimi favorit hesab edir?

"Liverpul"un baş məşqçisi Yurgen Klopp komandanın hazırda çempionluq titulu uğrunda mübarizədə favorit sayılması ilə bağlı fikirlərini bölüşüb. 

90deqiqe.Az xəbər verir ki, alman çalışdırıcı hazırda onlar üçün vacib olan favoritlərin kim olmasının önəminin olmadığını bildirib.

“Hazırda bizim üçün vacib olan favoritlərin kim olması deyil, “Şeffild Yunayted”lə matçdır. “Arsenal”a uduzanda heç kim bizi favorit adlandırmırdı. Mən buna tam əminəm. Bunun doğru və ya yanlış olduğunu bilmirəm və bunun heç bir əhəmiyyəti yoxdur. Biz peşəkar olmalıyıq. Emosional olmalıyıq, amma düzgün şəkildə. Biz özümüzün ən yaxşı versiyası olmalıyıq, bacardığımız qədər yaxşı futbol oynamağa çalışmalıyıq və nəticənin necə olacağını görəcəyik. Heç bir zəmanət yoxdur, yalnız imkanlar var. Bir fürsəti nə qədər aydın görsəniz, ondan istifadə etmək ehtimalınız bir o qədər yüksək olar. Hamısı budur" - "Liverpul"un rəsmi saytı Kloppdan sitat gətirir.

İngiltərə Premyer Liqasının 29 turundan sonra "qırmızılar" lider "Arsenal"dan bir xal geri qalaraq turnir cədvəlinin ikinci pilləsində qərarlaşıb.







İngiltərə P.L.

"Liverpul"un əfsanəvi futbolçusu vəfat edib
  • İngiltərə P.L.
  • 16:23 07.09.2024
"Liverpul"un əfsanəvi futbolçusu vəfat edib
"Ten Haq hər şeydə nizam-intizamı sevir”
  • İngiltərə P.L.
  • 15:36 07.09.2024
"Ten Haq hər şeydə nizam-intizamı sevir”
Zidan karyerasını bərpa edir?
  • İngiltərə P.L.
  • 14:45 07.09.2024
Zidan karyerasını bərpa edir?
"Liverpul" Luis Diazla bağlı qərar verib
  • İngiltərə P.L.
  • 20:43 04.09.2024
"Liverpul" Luis Diazla bağlı qərar verib
"Liverpul" Salahla bağlı qərar verdi
  • İngiltərə P.L.
  • 22:01 03.09.2024
"Liverpul" Salahla bağlı qərar verdi