8 noyabr 2026. Bazar günü

Rio Ferdinand məşqçi ola bilməməsinin səbəbini AÇIQLADI


Rio Ferdinand məşqçi ola bilməməsinin səbəbini AÇIQLADI

"Mançester Yunayted"in keçmiş kapitanı Rio Ferdinand niyə məşqçi olmamasını açıqlayıb.

90deqiqe.Az-ın məlumatına görə, 45 yaşlı veteran futbolçu həyat yoldaşının vəfat etməsi səbəbi ilə bundan imtina etdiyini bildirib.

"2015-ci ildə Rio çəkmələrini asdıqdan sonra məşqçilik kurslarına getməyə başladım. Lakin bu müddət ərzində həyat yoldaşım Rebekka döş xərçəngindən vəfat etdi. O, mənə üç uşağı əmanət  qoyub getdi.

Kouçinq kurslarına getməyə başladım. Mən məşqçi olmaq istəyirdim. Mən, Vayne Runi, Mayk Karrik və Con O'Şi kursu birlikdə keçdik. Amma şəxsi vəziyyətim məşqçi olmağa imkan vermədi. Əgər menecersinizsə, həftənin 7 günü, həftənin 7 günü, günün 24 saatı bu işlə məşğul olmalısınız.

Uşaqlarımın 100 faiz onlarla birlikdə olmağıma ehtiyacı vardı. İşdə idim [televiziya eksperti kimi], amma əlçatan idim. Mən hələ də valideyn axşamlarına gələ bilirəm, məşqçilər isə gəlmir. Məşqçi olmamaq üçün çox tez qərar verməli oldum."







İngiltərə P.L.

“Lids” evdə “Tottenhem”ə qalib gəldi
  • İngiltərə P.L.
  • 19:16 07.11.2026
“Lids” evdə “Tottenhem”ə qalib gəldi
“Hələ çox şey öyrənməliyəm”
  • İngiltərə P.L.
  • 23:53 06.11.2026
“Hələ çox şey öyrənməliyəm”