24 iyun 2026. Çərşənbə

Ten Haq “Mançester Yunayted”də qalacağına inanır


Ten Haq “Mançester Yunayted”də qalacağına inanır

“Mançester Yunayted”in baş məşqçisi Erik Ten Haq gələcəyi ilə bağlı açıqlama verib.

90deqiqe.Az xəbər verir ki, niderlandlı çalışdırıcı növbəti mövsümdə “qırmızı şeytanlar”ı çalışdıracağına əmin olduğunu bildirib.

"Növbəti mövsümdə də “Old Trafford”da qalacağıma şübhəm yoxdur. Mən sadəcə işimə köklənmişəm, bu prosesə, bu layihəyə köklənmişəm. Burada olmağı çox xoşlayıram, bundan həzz alıram. Bu mənim üçün bir çağırışdır."

Ten Haq 2022-ci ilin iyulundan "Mançester Yunayted"i çalışdırır. Onun müqaviləsi 2025-ci ilin iyununa qədərdir. Hollandiyalının rəhbərliyi altında “qırmızı şeytanlar” İngiltərə Liqa Kubokunun qalibi olub. Mançester klubu hazırda Premyer Liqanın turnir cədvəlində 6-cı yerdədir.

Daha əvvəl Ten Haqın yayda "Mançester Yunayted"i tərk edə biləcəyi bildirilirdi.







İngiltərə P.L.

"Hall Siti" sanksiya ilə üzləşə bilər
  • İngiltərə P.L.
  • 22:13 18.06.2026
"Hall Siti" sanksiya ilə üzləşə bilər