8 may 2026. Cümə

"Keçən ilki çempionluq yarışından dərs aldıq" - Saka


"Keçən ilki çempionluq yarışından dərs aldıq" - Saka

"Arsenal"ın vingeri Bukayo Saka İngiltərə çempionatının 32-ci turunun son oyununda "Brayton"u 3:0 hesabı ilə məğlub etdikləri oyundan sonra açıqlama verib.

90deqiqe.Az xəbər verir ki, 22 yaşlı futbolçu komandanı zirvəyə qaytarmaq üçün qələbələrin vacib olduğunu bildirib.

“Biz bilirik ki, qələbə bizi zirvəyə qaytarır. Biz sürət qazanırıq.

Ötən mövsüm çox yaxşı keçmədi, amma dərslərimizi öyrənmək baxımından əla idi. Bu il özümüzü daha rahat hiss edirik. Hiss edirəm ki, komanda daha da yaxşılaşıb”

Xatırladaq ki, İngiltərə çempionatının 31-ci turundan sonra “Arsenal” 71 xal toplayıb və hazırda “Liverpul”u 1 xal qabaqlamaqla birinci pillədə qərarlaşsa da, mersisaydlıları qarşıda bir oyun var. “Mançester Siti” 70 xalla üçüncü pillədə qərarlaşıb.







İngiltərə P.L.

“Onunla işləmək böyük zövqdür”
  • İngiltərə P.L.
  • 23:33 08.05.2026
“Onunla işləmək böyük zövqdür”
“Belə futbolçunu tapmaq çətindir”
  • İngiltərə P.L.
  • 23:28 08.05.2026
“Belə futbolçunu tapmaq çətindir”
Qvardiola ayın ən yaxşı məşqçisi seçildi
  • İngiltərə P.L.
  • 22:13 08.05.2026
Qvardiola ayın ən yaxşı məşqçisi seçildi