24 iyun 2026. Çərşənbə

"Şeffild Yunayted" Çempionşipə düşsə, bu cəza ilə üzləşəcək


"Şeffild Yunayted" Çempionşipə düşsə, bu cəza ilə üzləşəcək

İngiltərə Premyer Liqası komandalarından olan "Şeffild Yunayted" transfer ödənişlərinin gecikməsinə görə cəzalandırılıb.

90deqiqe.Az xəbər verir ki, İngiltərə Futbol Liqası (EFL) Premyer Liqadan aşağı düşmək ərəfəsində olan adıçəkilən komandanı növbəti Çempionşip mövsümündə 4 xaldan məhrum ediləcəyini bildirib

Klubdan verilən açıqlamada 2022/23 mövsümündə maliyyə qaydalarını pozduğuna görə EFL rəhbərliyi tərəfindən xal silinmə cəzası tətbiq edildiyi diqqətə çatdırılıb.

"Şeffild Yunayted" bu cəzanı Premyer Liqada çəkməyəcək, çünki onlar AFL-in idarə etdiyi Çempionatda pozuntuya yol veriblər. "Şeffild" ilk mövsümünə mənfi 2 xalla Premyer Liqadan düşərək başlayacaq.


Kris Uaylderin rəhbərliyi altında "Şeffild Yunayted" Premyer Liqada sonuncu pillədə qərarlaşıb.







İngiltərə P.L.

"Hall Siti" sanksiya ilə üzləşə bilər
  • İngiltərə P.L.
  • 22:13 18.06.2026
"Hall Siti" sanksiya ilə üzləşə bilər