8 may 2026. Cümə

ten Haq əsəbiləşib mətbuat konfransını tərk etdi


ten Haq əsəbiləşib mətbuat konfransını tərk etdi

"Mançester Yunayted"in baş məşqçisi Erik ten Haq "Bornmut"la oyundan sonra mətbuat konfransından erkən ayrılıb.

90deqiqe.Az-ın məlumatına görə, niderlandlı çalışdırıcı mətbuat konfransında bir jurnalistin İngiltərə Premyer Liqasında klubun tarixində mümkün ola biləcək ən pis nəticə ilə bağlı sualına cavab verdikdən sonra konfrans zalını tərk edib.

Jurnalist soruşdu: “Sizin yeddinci yerdə qalmaq təhlükəsi var. Əgər yeddinci yerdən aşağı düşsəniz, bu, "Mançester Yunayted"in Premyer Liqada ən pis nəticəsi olacaq. Daha yüksək pillədə bitirə biləcəksizmi?

"Mən bu suala cavab vermək istəmirəm, bu, hazırda vacib cavab deyil" - deyə, təcrübəli çalışdırıcı cavab verərək mətbuat konfransından ayrılıb.

Dünən İngiltərə çempionatının 33-cü turunun matçında "Mançester Yunayted" "Bornmut"la 2:2 hesabı ilə bərabərə qalıb.

“Mançester Yunayted” 32 oyundan sonra 50 xalla Premyer Liqanın turnir cədvəlində 7-ci yerdədir.







İngiltərə P.L.

“Onunla işləmək böyük zövqdür”
  • İngiltərə P.L.
  • 23:33 08.05.2026
“Onunla işləmək böyük zövqdür”
“Belə futbolçunu tapmaq çətindir”
  • İngiltərə P.L.
  • 23:28 08.05.2026
“Belə futbolçunu tapmaq çətindir”
Qvardiola ayın ən yaxşı məşqçisi seçildi
  • İngiltərə P.L.
  • 22:13 08.05.2026
Qvardiola ayın ən yaxşı məşqçisi seçildi