8 may 2026. Cümə

Ten Haq Sançonun gələcəyi ilə bağlı açıqlama


Ten Haq Sançonun gələcəyi ilə bağlı açıqlama

“Mançester Yunayted”in baş məşqçisi Erik ten Haq Dortmund “Borussiya”sında icarə əsasında çıxış edən cinah yarımmüdafiəçisi Cedon Sanço ilə bağlı açıqlama verib.

90deqiqe.Az xəbər verir ki, niderlandlı çalışdırıcı "Borussiya"da çıxışını yüksəldən ingilis futbolçu ilə bağlı fikirlərinin dəyişmədiyini bildirib.

“Əlbəttə, beynəlxalq futbolu və icarə əsasında oynayan futbolçularımızı izləyirəm. "Borussiya" - "Atletiko" matçı möhtəşəm keçdi. Dortmund əla çıxış etdi və Sanço nəticəyə töhfə verdi. Sançonun klubumuzdakı gələcəyi ilə bağlı nəsə dəyişdimi? Yox. Amma bilirik ki, Cedon fantastik futbolçudur, bu bizim üçün sürpriz deyil. Problem bu deyil”, - deyə Ten Haq mətbuat konfransında bildirib

. Əvvəllər "Mançester Yunayted"də on Haq və Sanço arasında münaqişə var idi. Keçən ilin payızında futbolçu məşqçinin ictimai “iynəsi”ndən sonra əsas komandadan uzaqlaşdırılıb.







İngiltərə P.L.

Qvardiola ayın ən yaxşı məşqçisi seçildi
  • İngiltərə P.L.
  • 22:13 08.05.2026
Qvardiola ayın ən yaxşı məşqçisi seçildi