24 iyun 2026. Çərşənbə

"Barselona" "Liverpul"un hücumçusu ilə maraqlanır


"Barselona" "Liverpul"un hücumçusu ilə maraqlanır

"Barselona" bu yay İngiltərə "Liverpul"undan bir hücumçunu heyətinə qatmaq istəyir.

90deqiqe.Az "AS"a istinadən xəbər verir ki, "blauqrana" 2022-ci ilin yanvarında "Porto"dan "Enfild"ə keçən Luis Diazla maraqlanır. 27 yaşlı futbolçu  "Liverpul" üçün çox vacib oyunçudur, ona görə də müqaviləni bağlamaq çətin olacaq.

Üstəlik, yayda "Barselona"nın maliyyə imkanları məhdud olacaq.

Diaz İngiltərə Premyer Liqasının hazırkı buraxılışında 32 matçda 8 qol vurub və 4 məhsuldar ötürmə edib. Kolumbiyalı zədə səbəbindən ötən mövsümün çox hissəsini buraxmışdı.







İngiltərə P.L.

"Hall Siti" sanksiya ilə üzləşə bilər
  • İngiltərə P.L.
  • 22:13 18.06.2026
"Hall Siti" sanksiya ilə üzləşə bilər