21 aprel 2026. Çərşənbə axşamı

“Arsenal” doğma meydanda “Çelsi”yə 5 qol vurdu


“Arsenal” doğma meydanda “Çelsi”yə 5 qol vurdu

İngiltərə Premyer Liqasında 29-cu turdan təxirə salınan oyunda “Arsenal” “Çelsi” ilə qarşılaşıb.

90deqiqe.az xəbər verir ki, qarşılaşmanın ilk hissəsində “Emirates Stedyum”a toplaşan azarkeşlər 1 qola şahidlik ediblər. 4-cü dəqiqədə fərqlənən Leandro Trossard “topçular”ı hesabda önə keçirib. İkinci hissə isə daha məhsuldar alınıb. 52-ci dəqiqədə müdafiəçi Ben Vayt fərqi 2 topa yüksəldib. Bundan sonra səhnəyə Kay Haverts çıxıb. 57-ci dəqiqədə o, Martin Ödeqorun ötürməsindən sonra topu tora qovuşdurub. 8 dəqiqə sonra Bukayo Sakan almaniyalının dubl etməsinə şərait yaradıb. 70-ci dəqiqədə Ödeqorun növbəti assistini qola çevirən Vayt oyunda son nöqtəni qoyub. “ARSENAL” 5, “ÇELSİ” 0 .

Bu nəticədən sonra xallarının sayını 77-ə çatdıran Mikel Artetanın kollektivi liderliyə yüksəlib. Onlardan 1 oyun az keçirən “Liverpul” 74 xalla 2-ci, 2 matç az oynayan “Mançester Siti” 73 xalla üçüncüdür. Aktivində 47 xalı olan “Çelsi” isə 9-cu pillədə qərarlaşıb.







İngiltərə P.L.

"Bütün mövqelərdə problemlərimiz var"
  • İngiltərə P.L.
  • 23:30 19.04.2026
"Bütün mövqelərdə problemlərimiz var"
“Arsenal” gözləntiləri doğrultmadı"
  • İngiltərə P.L.
  • 22:27 19.04.2026
“Arsenal” gözləntiləri doğrultmadı"